Neftimiz 2 dollardan çox bahalaşdı
583
12 Nov 2025 | 09:43

Neftimiz 2 dollardan çox bahalaşdı

İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,7 ABŞ dolları və ya 4,15 faiz artaraq bir barel üçün 67,78 ABŞ dolları təşkil edib.

Bizim.Media neft bazarındakı mənbələrə istinadən xəbər verir ki, Türkiyənin Ceyhan limanında “Azeri Light” markalı neftin FOB bazasında bir barelinin qiyməti 2,68 dollar və ya 4,26 faiz bahalaşaraq 65,57 dollar olub.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,01 dollar və ya 3,94 faiz artaraq bir barel üçün 52,98 dollara çatıb.
 

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 1,82 dollar və ya 2,91 faiz artaraq bir barel üçün 64,32 dollar təşkil edib.


Azərbaycanın 2025-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər