Azərbaycan ordusu işğaldakı torpaqları erməni terrorçularından azad etməkdə davam edir. Dünən Zəngilan şəhəri və bir neçə kəndin ordumuz tərəfindən azad olunması, Silahlı Qüvvələrimizin bu tarixi missiyanı müvəffəqiqyyətlə yerinə yetirdiyini göstərir.
Qarabağ və ətraf
rayonların işğaldan azad edilməsi yaxın gələcəkdə ölkə iqtisadiyyatına necə təsir
göstərəcək? Bu ərazilərin istifadəyə cəlb olunması ölkəmizdə yeni iqtisadi yüksəlişi səbəb ola bilərmi?
Moderator.az-a açıqlama
verən millət vəkili Vahid Əhmədov Qarabağın iqtisadi baxımdan mühüm önəm kəsb
etdiyini qeyd etdi:
“Bildiyiniz kimi, dünən cənab
prezident Zəngilan və ətraf kəndlərin azad edilməsi ilə bağlı xəbəri xalqımıza
çatdırdı. Zəngilan strateji yer olduğu üçün onun azad edilməsi mühüm əhəmiyyət
kəsb edir. Yəqin ki, yaxın gələckdə biz Qubadlının, Laçının, digər
torpaqlarımızın da işğaqldan azad edilməsinə şahid olacağıq.
Qarabağ torpaqlarının kənd
təsərrüfatı üçün çox böyük əhəmiyyəti var. Bu torpaqlar olduqca məhsuldar
torpaqlardır. Orada taxıl, tərəvəz və s. kimi ən müxtəlif məhsullar yetişdirmək
mümkündür. Qarabağda1 milyon hektara yaxın kənd təsərrüfatı üçün yararlı torpaq
var. Bu torpaqların kənd təsərrüfatına cəlb olunması sözügedən sahənin inkişafı
üçün böyük imkanlar açacaq Qarabağdakı dağlıq rayonlarımız heyvandarlıq
baxımından da mühüm əhəmiyyət kəsb edir.
Qarabağ həm əklinçilik və
heyvandarlıq, həm də turizm baxımından mühüm fayda verəcək. Qarabağın özünəməxsus
flora və faunası mövcuddur. Hətta arıçılığın inkişaf etdirilməsi üçün gözəl
imkan var. Torpaqlarımız azad ediləndən sonra ali baş komandanımızın rəhbərliyi
altında müvafiq layihələr hazırlanacaq, bu layihələr əsasında orada evlər tikiləcək,
insanlar öz evlərinə köçürüləcək. Lazım gələrsə, ölkə başçısının da qeyd etdiyi
kimi, vətəndaşlarımızın mal-qara ilə təmin edilməsinə də köməklik göstəriləcək.
Bundan öncə isə oradakı yol və körpülərin bərpa edilməsi, su, qaz, işıq təminatının
həyata keçirilməsi, lazıəmi infrastrukturun formalaşması reallaşacaq. Bir sözlə,
torpaqlarımızın işğaldan azad edilməsi iqtisadi inkişaf tempinin əhəmiyyətli dərəcədə
artmasına səbəb olacaq”.
Seymur ƏLİYEV