C.Əhmədov bildirib ki, ciddi nəzarətlə bağlı ilk proses başlayıb və bu günlərdə Azərbaycana idxal olunan məhsullardan ilk nümunələr götürülərək müayinə üçün laboratoriyaya verilib. Onun sözlərinə görə, laborator müayinələrin nəticələri məlumdur: “Nəticələrə görə, Hindistandan gətirilən dondurulmuş camış ətinin tərkibində bakterioloji çirklənmə aşkar edilib. Yəni ətdə bağırsaq çöplərinin miqdarı normadan artıq olub. Ona görə də Hindistandan gətirilən camış ətinin Azərbaycana girişinə qadağa qoyulub. Laborator müayinələrin nəticəsi ilə bağlı qərar qəbul edilib və bu barədə Dövlət Gömrük Komitəsi və yerli sanitariya-nəzarət orqanlarına məlumat verilib. İndi müvafiq qurumlardan həmin ətin geri qaytarılması, yaxud məhv edilməsilə bağlı cavab gözləyirik”.