Azərbaycanda səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin rektoru Abdullah Y.Öztoprak dünən səfər proqramının yekunlarına dair mətbuat konfransı keçirib.
Moderator.az-ın xəbərinə görə, Azərbaycanda bir neçə ali təhsil ocağını rektorları ilə görüşən, bir sıra qurumlarda görüşlər keçirdiklərini deyən rektor bu səfərdə məqsədin Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyəti arasında təhsil və mədəni əlaqələrin genişləndirilməsi olduğunu deyib. Onun sözlərinə görə, Doğu Akdeniz Universitetində Azərbaycanda 500 tələbə təhsil alır:
“Bu tələbələrə isə başqa xarici ölkələrdən fərqli olaraq, 50 faiz endirim edilir. Həmçinin, 600-dən artıq bal toplayan azərbaycanlı tələbələr pulsuz təhsil alır. Onların yemək, yataqxana və Azərbayacana gəlib-getməsi üçün təyyarə bileti də pulsuzdur”.
Rektor Doğu Akdeniz Universiteti barəsində bilgi verərkən qeyd etdi ki, 1979-cu ildən fəaliyyət göstərən bu ali təhsil ocağı dünyanın ən nüfuzlu ali məktəbləri sırasındadır:
“Bizdə tədris ingilis dilindədir. Dünyanın 65 ölkəsindən tələbəmiz var. Hazırda 14 min tələbə təhsil alır. 30 ölkədən müəllimlərimiz var. Azərbaycanda da 14 müəllimiz çalışır. Onlar arasında dekan səviyyəsinə yüksələnlər də var”.
Abdullah Y.Öztoprak bildirdi ki, Doğu Akdeniz Universiteti böyük bir kopusa malikdir: “5-6 min tələbəni yerləşdirmək üçün tələbə yataqxanaları var. İdman kompleksimiz var”.
Rektor Azəırbaycan ali məktəbləri ilə əməkdaşlıqda maraqlı olduqlarını da bildirdi.