Bəzi cərrahi əməliyyatların qiyməti ARTIRILIR - Agentlik AÇIQLADI  
912
03 Jul 2023 | 17:08

Bəzi cərrahi əməliyyatların qiyməti ARTIRILIR - Agentlik AÇIQLADI  

Hazırda Xidmətlər Zərfinə 2550 sayda tibbi xidmət daxildir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 2023-cü il üçün Xidmətlər Zərfinə limitli qaydada qaraciyər, böyrək, sümük iliyi və ya hematopoetik kök hüceyrələrin transplantasiyasının əlavə edilməsi təklif olunub. 

Bizim.Media xəbər verir ki, bu barədə “trend.az”a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib. 

"Habelə ürək-damar cərrahiyyəsi, oftalmoloji, travmatoloji və bəzi xoşxassəli şişlərin aradan götürülüməsi ilə bağlı əməliyyatların sayının artırılması da təklif olunub. 

Bununla yanaşı, Xidmətlər Zərfində bəzi tibbi xidmətlərin tarifinin artırılması da təkliflər siyahısında yer alır", - deyə qeyd edilib. 

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər