Paytaxt əhalisinə göstərilən ödənişli xidmətlərin DƏYƏRİ
674
17 May 2023 | 14:30

Paytaxt əhalisinə göstərilən ödənişli xidmətlərin DƏYƏRİ

2023-cü ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri  1 milyard 639,3 milyon manat olub. 

Bizim.Media xəbər veri ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib. 
Qeyd edilib ki, bu göstərici 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 13,3 faiz artıb.  

Hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 250,4 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 76,3 faizini təşkil edib. 

Rövşən Ziya, Bizim.Media

Link kopyalandı!
Son xəbərlər