Moderator.az xəbər verir ki, keçmiş maliyyə naziri, professor Saleh Məmmədov ölkədə biznesin asanlaşdırılmasının detallarını və Azərbaycanı dünya reytinqində birinci yerə çıxaracaq konkret yollarını açıqlayıb.
Moderator.az professorun göndərdiyi yazını təqdim edir:
“Azərbaycanlı elektrikə sərf etdiyi dövrdə Koreyalı iş adamı həm elektrikə qoşula bilir və həm də bütün inşaatı başa çatdırıb işə başlaya bilir.”x9d
Elektrikə qoşulma
Azərbaycanda biznesə ən böyük mane törədən və biznes fəaliyyətini gecikdirən amillərdən biri də elektrikə qoşulmaqdı. İlk görünüşdən ciddi bir amil kimi qiymətləndirilməyə bilər, amma dərindən təhlil göstərir ki, biznesə şərait yaratmaqda əhəmiyyətsiz amil yoxdur, hər bir amil bu və ya digər səviyyədə vacibdir. Həm də nəzərə almaq lazımdır ki, böyük və təsirli amillər kiçiklərdən toplanılır. Parodoksal vəziyyət alınır: elektrik də normal əmtəələrdən biridi, bu işlə məşğul olan orqanlar özləri mallarının satışında maraqlı olmalıdı, bizdə isə tam əksinə bu sahədə güclü bürokratik sistem qurulmuşdu, təbii ki, bürokratik sistem isə həmişə korrupsiya və rüşvətxorluq mənbəyi olmuşdur. Dünya bankının Doing business araşdırmalarına görə elektrikə qoşulma indeksi üzrə Azərbaycan 189 ölkə arasında 110-cu yeri tutur. Bu indeks üzrə birinci yeri isə Cənubi Koreya Respublikası tutur.

Cədvəldən göründüyü kimi, hər hansı is adamının bir layihəni yerinə yetirməsi zamanı yalnız elektrik xəttlərinə qoşulma hesabına 69 gün gecikmə baş verir. Əgər bir azərbaycanlı iş adamı orta bir anbar, mağaza inşaatı aparırsa elektrik xəttinə qoşulmaq üçün 87 gün vaxt sərf etməlidi, Koreyalı iş adamı isə ərizə verdiyi gündən cəmi 18 gün sonra sahəsində elektrik enerjisini alacaq.
Azərbaycanlı elektrikə sərf etdiyi dövrdə Koreyalı iş adamı həm elektrikə qoşula bilir və həm də bütün inşaatı başa çatdlrlb isə başlaya bilər.
Qısa nəticə: Elektrikə qoşulma sahəsində biznesin asanlaşdırılması prosesi ləng gedir və bu sahə ümumiyyətlə biznesin inkişafına böyük zərbə vurur. Prezidentin qoyduğu strateji məqsədə uyğun
problemi aradan qaldırmaq, Azərbaycanın reytinqini bu sahədə dünya miqyasında birincilər sırasına çatdırmaq və bunun üçün köklü tədbirlər görmək lazımdır.
Konkret təkliflər:
Elektrikə qoşulma mexanizminin kökündən dəyişdirilməsi, yeni qurulacaq mexanizmin reyting cədvəlində bu sahədə birinci yeri tutan Cənubi Koreya sisteminə uyğunlaşdırılması;
Bütün məsuliyyətin və zəruri işlərin - layihələndirmə, xarici komunikasiyanın inşaatı, qazıntıya icazə alınması və s işlərin iş adamlarının müvafiq ödəmələri ilə Elektriklə məşğul olan orqanlara həvalə olunması.
Elektrik xəttlərinə qoşulma prosedur və müddətlərinin kəskin surətdə azaldılması: Ərizənin verilməsi və cavab üçün maksimum 5 gün, daxili inspeksiya üçün 1 gün və müqavilə və bütövlükdə xəttə qoşulma üçün 12 gün vaxt müəyyən olunması. Bu vaxtda yerinə yetirilmədikdə ciddi cəza tədbirlərinin həyata keçirilməsi.
Bütün bu tədbirləri Prezidentin fərmanı və ya Prezidentin göstərişi ilə Nazirlər Kabinetinin qərarı ilə həyata keçirmək olar və hesab edirəm, nə qədər tez həyata keçirilsə, bir o qədər faydalı olar.
Əhəmiyyəti: biznesin sürətlənməsi və canlanmasına ciddi təsir edə bilər, ölkədə ümümuyyətlə iqtisadi inkişafa təkan verə bilər, qeyri neft sektorunun inkişafına müsbət təsir göstərə bilər.