Azərbaycandan Ermənistana 17 çən vaqon dizel göndərildi
İqtisadiyyat
1390
03 Sep 2026 | 11:50

Azərbaycandan Ermənistana 17 çən vaqon dizel göndərildi

Azərbaycandan Ermənistana növbəti dəfə dizel yanacağı göndərilib.
 
Moderator.az xəbər verir ki, 17 çən vaqondan ibarət, çəkisi 989 ton olan dizel yanacağı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində yola salınıb.
 
İndiyə qədər Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın "Aİ-92" və "Aİ-95" benzini ixrac olunub.
 
Rusiyadan Ermənistana isə indiyədək Azərbaycandan tranzit keçməklə 55 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 414 ton propan, 133 ton alüminium , 1 114 ton kömür və 334 ton taxta göndərilib.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər