İqtisadiyyat
36776
04 Aug 2026 | 07:37

"Bərbad iqtisadi idarəçilik yeni inflyasiya dalğasına səbəb ola bilər..."-İran deputatı

İran İslam Respublikası İslami Şura Məclisinn deputatı ölkədəki "bərbad" iqtisadi idarəçiliyin və milli valyutanın dəyərdən düşməsinin yaxın aylarda yeni inflyasiya dalğasına yol açacağı barədə xəbərdarlıq edib.

Moderator.az bu mövzuda "Azad İran" və "iranwire" nəşrlərinə istinadla yazır. 

İran parlamentin üzvü Hüseyn Səmsami bildirib ki, valyuta məzənnəsindəki sıçrayışlar birbaşa məhsul qiymətlərini artırır və gözlənilən bahalaşmanın əsas hərəkətverici qüvvəsidir.

Xəbərdə qeyd olunur ki, İranda illik inflyasiya 66%-ə, nöqtəvi (point-to-point) inflyasiya isə 87,9%-ə çatıb. Deputat qiymət artımının əsas səbəbi kimi pul kütləsi və ya büdcə kəsirini deyil, birbaşa məzənnə sabitliyinin pozulmasını göstərir. Çünki milli valyutanın dəyərdən düşməsi malların qiymətlərinin birbaşa bahalaşmasına səbəb olur.

H.Səmsami vurğulayıb ki, bu iqtisadi gərginlik, xüsusilə əsas ərzaq məhsullarının bahalaşması ölkənin müxtəlif şəhərlərində xalq etirazlarına və fəhlə aksiyalarına səbəb olur.

S.Laçın

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər