Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
İdman
1388
13 Jun 2026 | 20:12

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən atletika üzrə Azərbaycan çempionatı başa çatıb.

Moderator.az xəbər verir ki, iki gün davam edən yarışın sonuncu günündə müvafiq olaraq kişilərdə və qadınlarda 200 metr məsafəyə qaçışda Novruz Əsədli və Səlma Ağabəyova, 800 metrdə Loğman İsrafilli və Gülçin Nağıyeva, 5000 metrdə Əmrah Nağıyev və Natalya Vallek Azərbaycan çempionu adını qazanıblar.

Uzunluğa tullanma növündə Cabir Əliyev və Sofiya İsrafilova bütün rəqiblərini qabaqlayıblar. Lövhə atmada İsmayıl Əliyev və Lalə Cəniyeva, çəkic atmada isə Rəhimə Bəylərova fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər