Aziz Yıldırım səkkiz illik fasilədən sonra yenidən
İdman
1440
07 Jun 2026 | 23:12

Aziz Yıldırım səkkiz illik fasilədən sonra yenidən "Fənərbağça"nın prezidenti seçildi

"Fənərbağça" klubunda keçirilən növbədənkənar ümumi seçkinin qeyri-rəsmi nəticələrinə əsasən klubun yeni prezidenti Aziz Yıldırım olub.

Sandıqların böyük hissəsi açıldıqdan sonra Yıldırım rəqibi Hakan Safini qabaqlayaraq seçkidə qələbə qazanıb.

Məlumata görə, 28 sandığın nəticələrinə əsasən, Aziz Yıldırım 9 625 səs, Hakan Safi isə 5 607 səs toplayıb.

Bu nəticə ilə Yıldırım 8 illik fasilədən sonra yenidən "Fənərbağça" prezidenti postuna qayıdır.

Qeyd edək ki, Hakan Safi məğlubiyyəti qəbul edərək, Azizi Yıldırımı təbrik edib və klub üçün çalışacağını bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər