“Fənərbağça” ulduzları hədəfə aldı: Siyahıda görün kimlər var
1437
07 Jun 2026 | 21:44

“Fənərbağça” ulduzları hədəfə aldı: Siyahıda görün kimlər var

“Fənərbağça” klubu heyətini bir neçə ulduz futbolçu ilə gücləndirməyi planlaşdırır.

Moderator.az xəbər verir ki, insayder Fabrizio Romanonun yaydığı məlumata görə, İstanbul təmsilçisinin maraq dairəsinə “İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu düşüb.

Məlumata görə, klubun potensial transfer hədəfləri arasında “Sportinq Lissabon”dan Luis Suares, “Əl-Əhli”dən Merih Dəmiral və “Marsel”dən Meyson Qrinvudun da adları var. Bu keçidlərin reallaşıb-reallaşmayacağı prezident seçkilərinin nəticələrindən asılı olacaq.

“Fənərbağça”da prezident seçkiləri iyunun 6 və 7-də keçirilir. Post uğrunda iki namizəd – Aziz Yıldırım və Hakan Safi mübarizə aparır.

Qeyd edək ki, “Barselona”dan ayrılacaq hücumçu Robert Levandovskinin də İstanbul klubunun maraq dairəsində olduğu bildirilir.

 

(publika)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər