“Sabah” kapitanı və rekordçusu ilə yollarını ayırdı
İdman
1402
04 Jun 2026 | 15:10

“Sabah” kapitanı və rekordçusu ilə yollarını ayırdı

“Sabah” kapitanı Amin Seydiyevlə yollarını ayırıb.
 
Klubdan Moderator.az-a bildirilib ki, 27 yaşlı müdafiəçi ilə mövsümün sonunda müddəti başa çatan müqavilə yenilənməyib.
 
2020-ci ildən “Sabah”ın formasını geyinən oyunçu bu müddət ərzində 186 matçda 7 qolla yadda qalıb. O, həmçinin klub tarixində ən çox oyun keçirmiş futbolçudur.
 
Amin Seydiyev Bakı təmsilçisinin heyətində bir dəfə Azərbaycan çempionluğunu və iki dəfə ölkə kubokunu qazanıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər