Çempionluq üçün son addım: Minifutbol millimiz bu gün həlledici matça çıxır
İdman
1300
04 Jun 2026 | 09:57

Çempionluq üçün son addım: Minifutbol millimiz bu gün həlledici matça çıxır

Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında bu gün final oyunu keçiriləcək.
 
Moderator.az xəbər verir ki, Azərbaycan millisi həlledici görüşdə Ukrayna yığması ilə üz-üzə gələcək.
 
Bratislavadakı “Tipos Arena”da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
 
Qeyd edək ki, yığmamız yarımfinalda Serbiya seçməsini mübarizədən kənarlaşdırıb. Əsas vaxtı 1:1 hesabı ilə başa çatan oyunda Azərbaycan penaltilər seriyasında rəqibinə 3:1 hesabı ilə qalib gəlib.
 
Elşad Quliyevin rəhbərlik etdiyi komanda qrup mərhələsində Avstriyanı (1:0), İtaliyanı (3:0) və Fransanı (3:2) məğlub edərək F qrupunun lideri kimi pley-offa yüksəlib. Millimiz 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda isə Çexiyanı (5:2) məğlub edərək finala vəsiqə qazanıb.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər