19:24
10°C
Bakı
Almaniyanın "Hoffenhaym" klubu türkiyəli müdafiəçi Ozan Kabakla əməkdaşlığı davam etdirmək qərarına gəlib və onun müqaviləsinin müddətini uzadıb.
Moderator.az xəbər verir ki, Türkiyə yığmasının üzvü ilə imzalanan yeni sözləşmə 2030-cu ilin yayına qədər olan dövrü əhatə edəcək.
Bundesliqa təmsilçisinin yaxın günlər ərzində bu razılaşma ilə bağlı ictimaiyyətə rəsmi açıqlama verəcəyi gözlənilir.
Xatırladaq ki, Ozan Kabak 2022-ci ilin yay aylarından etibarən "Hoffenhaym"ın şərəfini qoruyur. İyirmi altı yaşlı mərkəz müdafiəçisi cari mövsüm ərzində meydana çıxdığı 21 qarşılaşmada rəqib qapılarından 4 top keçirməyə müvəffəq olub.
