İdman
214
17:39, Bu gün

"Barselona" onunla yollarını ayırır - FOTO

Gənc futbolçu Mark Kasado cari mövsüm başa çatdıqdan sonra "Barselona" ilə yollarını ayırmağa qərar verib.

Moderator.az "Diario Sport" nəşrinə istinadən xəbər verir ki, bu addımın əsas səbəbi oyunçunun daimi olaraq əsas heyətdə yer ala bilməməsidir.

İspaniya çempionu artıq Kasado ilə bağlı daxil olan transfer təkliflərini nəzərdən keçirməyə hazırdır. Kataloniya təmsilçisi 22 yaşlı dayaq yarımmüdafiəçisinin transferi üçün 20 milyon avro məbləğində qiymət müəyyənləşdirib.

Xatırladaq ki, Mark Kasado bu mövsüm "Barselona" forması ilə bütün turnirlər daxil olmaqla ümumilikdə 30 qarşılaşmada meydana çıxıb və bir məhsuldar qol ötürməsi ilə yadda qalıb.

Barselonanın gənc futbolçusu komandadan gedir - FOTO

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər