FIFA Türkiyə təmsilçisinin altı xalını sildi
İdman
273
17:37, Bu gün

FIFA Türkiyə təmsilçisinin altı xalını sildi

FIFA İntizam Komitəsi Türkiyənin ikinci liqasında mübarizə aparan "Yeni Malatyaspor" klubuna qarşı sərt addım ataraq komandanın aktivindən 6 xal silib.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) yaydığı rəsmi bəyanatda qeyd olunub.

Bildirilib ki, "Yeni Malatyaspor"a tətbiq edilən 6 xallıq cəza intizam işi çərçivəsində həyata keçirilib.

Daha əvvəl liqanı tərk edəcəyi rəsmiləşən Malatya təmsilçisi hazırda -52 xalla 18-ci pillədə, yəni turnir cədvəlinin sonuncu sırasında qərarlaşıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər