19:05
10°C
Bakı
FIFA İntizam Komitəsi Türkiyənin ikinci liqasında mübarizə aparan "Yeni Malatyaspor" klubuna qarşı sərt addım ataraq komandanın aktivindən 6 xal silib.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) yaydığı rəsmi bəyanatda qeyd olunub.
Bildirilib ki, "Yeni Malatyaspor"a tətbiq edilən 6 xallıq cəza intizam işi çərçivəsində həyata keçirilib.
Daha əvvəl liqanı tərk edəcəyi rəsmiləşən Malatya təmsilçisi hazırda -52 xalla 18-ci pillədə, yəni turnir cədvəlinin sonuncu sırasında qərarlaşıb.