Azərbaycan Premyer Liqasında mövsümün 4-cü het-triki qeydə alınıb
İdman
319
10:35, Bu gün

Azərbaycan Premyer Liqasında mövsümün 4-cü het-triki qeydə alınıb

Misli Premyer Liqasında mövsümün 4-cü het-triki qeydə alınıb.
 
Moderator.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Rauf Rüstəmli XXVII turun "Karvan-Yevlax" – "Kəpəz" qarşılaşmasında (4:1) qonaqların qapısına 3 qol vurub.
 
Mövsümün əvvəlki 27 turunda 3 belə hadisə yaşanıb. "Qarabağ"ın futbolçuları Toral Bayramov V turda "Araz-Naxçıvan"ın (5:0), Kamilo Duran XXVII turda "Karvan-Yevlax"ın (7:0), "Qəbələ"nin legioneri Domi Massumo XVIII turda "İmişli"nin (3:2) qapısına üç dəfə yol tapıb.
 
Rauf Toraldan sonra cari mövsümdə het-trik edən ikinci azərbaycanlı olub. Bununla da son 16 ildə ilk dəfə birdən çox yerli statusa malik futbolçu het-trik edib.
 
Sonuncu dəfə 2009/2010 mövsümündə belə hadisə yaşanıb. Həmin çempionatda 3 yerli oyunçu - Samir Musayev, Nadir Nəbiyev və Fərid Quliyev het-trikə imza atıb.
 
Sonrakı illərdə bir yerli futbolçunun iki het-trikinə təsadüf olunub. Amma iki oyunçunun belə uğur qazanması yaşanmayıb.
 
Qeyd edək ki, Rauf həm də "Karvan-Yevlax"ın Premyer Liqa tarixində ilk het-trik müəllifidir. Həmin matçdakı nəticə isə Yevlax təmsilçisinin yüksək dəstədə ilk böyükhesablı qalibiyyəti və ilk ev qələbəsi kimi də də tarixə düşüb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər