İdman
285
12 Apr 2026 | 23:18

"Qalatasaray" evdə xal itirdi

Türkiyə Super Liqasının 29-cu turunda "Qalatasaray" doğma meydanda "Kocaelispor"la 1:1 hesablı heç-heçə edib.

Moderator.az xəbər verir ki, bu nəticədən sonra çempionluq yarışında liderlə izləyicilər arasındakı xal fərqi 2-yə enib.

Matçda hesabı 30-cu dəqiqədə Leroy Sane açıb. Qonaqlar isə 72-ci dəqiqədə Petkoviçin qolu ilə bərabərliyi təmin edib.

Qarşılaşma öncəsi "Qalatasaray"da qapıçı Günay Güvenç isinmə zamanı zədələndiyi üçün heyətdən çıxarılıb, Viktor Osimhen isə zədə səbəbindən matçda iştirak etməyib.

"Kocaelispor"da isə Viyeteska, Yovanoviç və Baloq zədələrə görə heyətdə yer almayıb.

Görüş zamanı "Qalatasaray" azarkeşləri milli qapıçı Uğurcan Çakıra dəstək nümayiş etdirib.

Həmçinin matçdan əvvəl Mirça Luçeskunun xatirəsi yad edilib, onun şərəfinə bir dəqiqəlik sükut elan olunub.

Link kopyalandı!
Son xəbərlər