​”Barselona” Osimenə görə 5 futbolçusunu satır
İdman
318
12 Apr 2026 | 22:35

​”Barselona” Osimenə görə 5 futbolçusunu satır

İspaniyanın “Barselona” klubu “Qalatasaray”ın nigeriyalı ulduzu Viktor Osimenin xidmətində maraqlıdır.

Moderator.az xəbər verir ki, bu iddia ilə İspaniya mediası çıxış edib. Xarici KİV Avropa nəhənginin Osimeni mövsümün sonunda öz heyətinə qatmaqda israrlı olduğunu yazıb.

Məlumatlara görə, “Qalatasaray”ın Osimen üçün 150 milyon avro qiymət təyin etməsi “Barselona”nı çıxılmaz vəziyyətdə qoyub. “İspaniya klubları ölkənin maliyyə qurumları tərəfindən ciddi təftiş olunduğu üçün “Barselona” bu məbləği şəffaf mənbələr hesabına təmin etməlidir. Buna görə də İspaniya klubu 5 futbolçusunu satışa çıxarıb. “Barselona” həmin futbolçuları satıb Viktor Osimenin almaq istəyir” – İspaniya mediası belə yazıb.

 

(metbuat.az)

Link kopyalandı!
Son xəbərlər