20:26
10°C
Bakı
Ulduz futbolçu Kilian Mbappe “Real Madrid” komandasının son məşqində iştirak etməyib.
Moderator.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Belə ki, futbolçu qaş nahiyəsində aldığı kəsik səbəbindən narahatlıq hiss etdiyi üçün hazırlıq prosesinə qatılmayıb.
Qeyd edək ki, Mbappe La Liqanın 31-ci turunda “Jirona” ilə 1:1 hesablı heç-heçə zamanı zədə alıb.