Azərbaycan futzal millisinin Qazaxıstanla oyunlar üçün heyəti bəlli oldu
İdman
246
15:55, Bu gün

Azərbaycan futzal millisinin Qazaxıstanla oyunlar üçün heyəti bəlli oldu

Aprelin 13-ü və 15-də Aktau şəhərində Qazaxıstan yığması ilə qarşılaşacaq Azərbaycanın futzal millisi bu gün gecə saatlarında səfərə çıxacaq.
 
Azərbaycan Futzal Federasiyasından Moderator.aza verilən məlumata görə, baş məşqçi Yevgeni Kukseviç matçlara 2-si qapıçı olmaqla ümumilikdə 16 oyunçu aparacaq.
 
Tbilisi səfərindən sonra əvvəlcədən razılaşdırıldığı kimi, ailə vəziyyəti ilə əlaqədar qapıçı Rövşən Hüseynli Cavad Məmmədovla əvəzlənib.
 
Qapıçılar: Emin Kürdov ("Araz-Naxçıvan"), Cavad Məmmədov ("Baku Fire")
 
Oyunçular: Nihad İsmayılov, Emil Həsənzadə, Tofiq Əliyev (hamısı "Neftçi" İK), Tofiq Mikayılov, Oqtay Rüstəmli, Eldar Zeynalov, Novruz Kazıxanov, Murad Quluzadə, Kənan Manafov, Fərid Abbasov (hamısı "Baku Fire"), Pünhan Qasımzadə (U-19), Ədalət Ələkbərov, Ülvi Əliyev (hər ikisi "Araz-Naxçıvan"), Qüdrət Qasımzadə ("Şuşa")
 
Qeyd edək ki, Qazaxıstan millisi ilə görüş aprelin 13-də və 15-də Aktau şəhərindəki "BS Arena"da keçiriləcək.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər