İdman
282
12:08, Bu gün

"Sabah"ın U-18 komandası Çempionlar Liqasında sonuncu oyununa çıxır

"Sabah" basketbol klubunun U-18 komandası Çempionlar Liqasında sonuncu oyununu bu gün keçirəcək.
 
Moderator.az xəbər verir ki, Azərbaycan təmsilçisi 7-8-ci yerlər uğrunda Türkiyənin "Tofaş" kollektivi ilə üz-üzə gələcək.
 
Qarşılaşma Bakı vaxtı ilə saat 13:00-da start götürəcək.
 
U-18 daha əvvəl 5-8-ci yerlər uğrunda görüşdə Serbiyanın "Borats" klubuna uduzub - 60:67.
 
Qrup mərhələsində Almaniyanın "Porşe BBA Lyudviqsburq" kollektivinə qalib gələn (72:61) "Sabah" ilk oyunda Bosniya və Herseqovina təmsilçisi "İqokea"ya (58:88) məğlub olub.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər