Azərbaycanlı idmançı beynəlxalq turnirdə qızıl medal qazanıb
İdman
195
10 Apr 2026 | 22:50

Azərbaycanlı idmançı beynəlxalq turnirdə qızıl medal qazanıb

Gürcüstanda yaşayan azərbaycanlı gənc taekvondoçu Əbülfəz Məmmədov beynəlxalq arenada növbəti uğuruna imza atıb.

Moderator.az xəbər verir ki, idmançı Şimali Makedoniyanın paytaxtında keçirilən "Skopje Open Raumus 2026" turnirində qızıl medal qazanıb.

Rustavi şəhərini təmsil edən 17 yaşlı taekvondoçu 48 kq çəki dərəcəsində mübarizə aparıb. Yarış boyunca yüksək ustalıq nümayiş etdirən Əbülfəz Məmmədov bütün rəqibləri üzərində qətiyyətli qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər