Novak Cokoviç karyerasını bitirəcəyi tarixi açıqladı
İdman
255
19:37, Bu gün

Novak Cokoviç karyerasını bitirəcəyi tarixi açıqladı

Dünya tennisinin əfsanəvi simalarından olan Novak Cokoviç karyerası ilə bağlı diqqətçəkən bəyanatla çıxış edib.

Moderator.az xəbər verir ki, məşhur idmançı 2028-ci ildə baş tutacaq Los-Anceles Olimpiadasına qədər mübarizəni davam etdirmək niyyətində olduğunu və məhz bu mötəbər yarışdan sonra peşəkar idmanla vidalaşa biləcəyini vurğulayıb:

"Həyatım və peşəkar karyeram ərzində daim dəqiq planlar əsasında hərəkət etmişəm, məqsədlərimi və onlara çatmaq yollarını müəyyənləşdirmişəm. Özüm üçün mümkün olan bütün zirvələri hədəfləmişəm. 2028-ci il Olimpiadasını xüsusi qeyd edirəm, çünki kortlarda daha çox qalmaq və karyeramı məhz Olimpiya Oyunlarında, əlimdə Serbiya bayrağını tutaraq yekunlaşdırmaq arzusundayam. Bu, həqiqətən də, möhtəşəm bir sonluq olardı.

Düzünü desəm, o vaxta qədər formada qalıb-qalmayacağımı dəqiq bilmirəm. Çünki məndən asılı olmayan müxtəlif amillər mövcuddur. Buna baxmayaraq, həm fiziki, həm də psixoloji cəhətdən özümü maksimum dərəcədə sağlam saxlamağa çalışıram", - deyə idmançı qeyd edib.

Xatırladaq ki, karyerası ərzində Novak Cokoviç 24 dəfə "Böyük Dəbilqə" turnirlərinin qalibi olub və ümumilikdə 101 ATP titulu qazanıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər