İdman
143
19:30, Bu gün

"Yuventus" Luçano Spalletti ilə bağlı qərarını verdi

İtaliya futbolunun nəhənglərindən olan "Yuventus" klubu komandanın baş məşqçisi Luçano Spalletti ilə əməkdaşlığı davam etdirmək qərarına gəlib və mütəxəssislə yeni müqavilə imzalayıb.

Moderator.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Təcrübəli mütəxəssislə əldə olunan yeni razılaşma 2028-ci il iyunun 30-dək qüvvədə olacaq.

Xatırladaq ki, Spalletti "Yuventus"un sükanı arxasına ötən ilin oktyabr ayında keçmişdi.

Qeyd edək ki, hazırda 66 yaşı olan Spallettinin "Yuventus"la müqavilə imzalamazdan əvvəlki son iş yeri İtaliya milli komandası olub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər