Bizi sosial şəbəkələrdən izləyin:
UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Moderator.az xəbər verir ki, "Bolonya" öz meydanında "Aston Villa"nı sınağa çəkib. 4 qolun vurulduğu matçda qonaqlar rəqibini məğlub edib.
"Nottingem Forest" isə səfərdə "Portu" ilə üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada qalib müəyyənləşməyib.
"Frayburq" isə evdə "Selta"dan üstün olub.
1/4 final mərhələsinndə ilk turda qeydə alınan nəticələr:
"Braqa" - "Betis" 1:1
"Bolonya" - "Aston Villa" - 1:3
"Portu" - "Nottingem Forest" - 1:1
"Frayburq" - "Selta" - 3:0.
Qeyd edək ki, 1/4 final mərhələsinə aprelin 16-da yekun vurulacaq.