Azərbaycanın stolüstü tennisçisi
İdman
304
18:00, Bu gün

Azərbaycanın stolüstü tennisçisi "Ginnesin Rekordlar Kitabı"na düşə bilər

Azərbaycanın stolüstü tennisçisi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırmaq niyyətindədir.

Stolüstü Tennis Federasiyasından Moderator.az-a verilən məlumata görə, milli komandanın üzvü aprelin 12-də "Şüa İdman Kompleksi"ndə təşkil olunacaq mərasimdə topu uzaq məsafədən oyuna daxil etməkdə qeydə alınan dünya rekordunu yeniləməyə çalışacaq.

Qeyd edək ki, hazırda bu rekord türkiyəli Osman Gürcüyə məxsusdur (16.7 metr). Nihad Məmmədov bu hərəkəti 17 metr məsafədən həyata keçirməyi planlaşdırır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər