Dioqo Balau 2 oyunluq diskvalifikasiya edildi
İdman
175
15:28, Bu gün

Dioqo Balau 2 oyunluq diskvalifikasiya edildi

AFFA İntizam Komitəsi "Şamaxı"nın futbolçusu Dioqo Balaunu 2 oyunluq diskvalifikasiya edib.
 
Moderator.az xəbər verir ki, buna yarımmüdafiəçinin Misli Premyer Liqasının XXVI turunda keçirilən "Zirə" – "Şamaxı" oyununda ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alması səbəb olub.
 
Həmçinin buna görə bölgə təmsilçisi 1000 manat cərimə edilib.
 
Turun "Araz-Naxçıvan" – "Sabah" oyununda ev sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığı üçün komanda 700 manat cərimələnib.
 
Oyundan sonra naxçıvanlıların baş məşqçisi Andrey Demçenko hakimin qərarına etiraz etdiyi üçün qırmızı vərəqə alıb. Mütəxəssis 1 oyunluq cəza alıb, klub isə əlavə olaraq 2500 manat ziyana düşüb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər