AFFA Ehtiram Quliyevi 15 min manat cərimələdi
İdman
148
15:20, Bu gün

AFFA Ehtiram Quliyevi 15 min manat cərimələdi

AFFA İntizam Komitəsi "Turan Tovuz" klubunu 20 000 manat cərimələyib.
 
Moderator.az xəbər verir ki, bu barədə qurumun sonuncu iclasında qərar qəbul edilib.
 
3 aprel 2026-cı il tarixində Azərbaycan Kubokunda yarımfinalın ilk oyunu “Turan Tovuz” – “Zirə” görüşündə “Turan Tovuz” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Turan Tovuz” komandası 5000 manat cərimə olunub.
 
“Turan Tovuz” – “Zirə” görüşü bitdikdən sonra “Turan Tovuz” klubunun idarə heyətinin sədri Ehtiram Quliyev AFFA-nın, onun orqanlarının və ya üzv təşkilatlarının nüfuzunu və etibarlılığını qəsdən alçaldan, şübhə altına qoyan açıqlamalar verdiyinə görə “Turan Tovuz” komandası 15000 manat cərimə edilib.
 
Qeyd edək ki, "Turan Tovuz"un rəhbəri Ehtiram Quliyev oyundan sonra sərt açıqlamalar vermişdi.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər