Kamilo Duran Azərbaycan çempionatları tarixinə düşdü
İdman
307
11:41, Bu gün

Kamilo Duran Azərbaycan çempionatları tarixinə düşdü

Azərbaycan Premyer Liqasının XXVI turu Kamilo Duranın het-triki ilə əlamətdar olub.
 
Moderator.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ”ın kolumbiyalı hücumçusu “Karvan-Yevlax”la qarşılaşmada (7:0) üç qola imza atıb.
 
Bu, mövsümün 3-cü het-triki olub. Bunadək onun komanda yoldaşı Toral Bayramov V tura “Araz-Naxçıvan” (5:0), “Qəbələ”nin legioneri Domi Massumo XVIII turda “İmişli” (3:2) ilə görüşdə belə uğura imza atıb.
 
Kolumbiyalı hücumçu Azərbaycan çempionatları tarixinə yüksək dəstədə het-trik edən 35-ci legioner statuslu futbolçu kimi düşüb. O, belə uğura imza atan ilk kolumbiyalıdır.
 
Bu, Amerika qitəsindən olan futbolçuların 9-cu het-trikidir. Braziliyalılar Junivan Suareslə Reynaldo Silva hərəyə 2, onların həmyerliləri Andre Sinyaşiki, argentinalı Xuan Manuel Varea, uruqvaylı Valter Quqlemon, salvadorlu Nelson Bonilya 1 matçda 3 qola sevinib. Azərbaycan millisində forma geyinmiş braziliyalı Leandro Qomeşin də bir qarşılaşmada 3 qol vurduğunu nəzərə alsaq, Amerikadan olan futbolçuların het-trik sayı 10-a çatıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər