02:47
11°C
Bakı
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin oyunlarına start verilib.
Moderator.az xəbər verir ki, bu gecə iki oyun baş tutub.
Gecənin mərkəzi qarşılaşması "Real Madrid" və "Bavariya" komandaları arasında keçirilib. Matç qonaqların qələbəsi ilə yekunlaşıb - 1:2. "Bavariya"nın heyətində Luis Dias və Harri Keyn, "kral klubu"nda isə Kilian Mbappe fərqlənib.
Digər görüşdə "Sportinq" evdə "Arsenal"ı qəbul edib. Oyun İngiltərə təmsilçisinin qalibiyyəti ilə başa çatıb - 0:1. Matçda yeganə qolu 90+1-ci dəqiqədə Kay Haverts vurub.
Qeyd edək ki, "Arsenal" turnirin cari mövsümündə heç bir oyunda uduzmayıb.
Hər iki cütlük arasında cavab görüşü aprelin 15-də keçiriləcək.