İtaliya baş məşqçi postuna onu istəyir - FOTO
İdman
204
19:45, Bu gün

İtaliya baş məşqçi postuna onu istəyir - FOTO

İtaliya futbolunda yeni baş məşqçinin kimliyi ətrafında yaranmış intriqa davam edir və rəhbərlik bu məsələdə qətiyyən tələsmək niyyətində deyil.

Moderator.az xəbər verir ki, arxa planda yaranan bu sükutun əsas səbəbi İtaliya Futbol Federasiyasının dünyaca məşhur mütəxəssis Pep Qvardiola ilə razılığa gəlmək arzusudur.

Yayılan məlumatlara əsasən, məhz bu böyük hədəfə görə federasiya digər real namizəd Antonio Konte ilə aparılan danışıqlar prosesini bilərəkdən ləngidir.

Xatırladaq ki, İtaliyanın diqqət mərkəzində olan Pep Qvardiolanın hazırkı klubu "Mançester Siti" ilə olan rəsmi müqavilə müddəti 2027-ci ilə qədər qüvvədədir.

İtaliya millisinin hədəfindəki BÖYÜK AD - FOTO

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər