Tanınmış uelsli yarımmüdafiəçi Aaron Remzi 35 yaşında karyerasını başa vurduğunu açıqlayıb.
Moderator.az xəbər verir ki, bu barədə Uels Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Remzinin karyerasındakı son klubu Meksika təmsilçisi "Pumas" olub. O, 2025-ci ilin iyulundan oktyabrına qədər Meksika klubunda çıxış edib, lakin ciddi diz zədəsi səbəbindən müqaviləsi vaxtından əvvəl ləğv olunub.
Futbolçu ən çox "Arsenal"dakı çıxışı ilə tanınır. O, 2008-2019-cu illərdə London klubunun formasını geyinib. Bundan əlavə, "Kardiff Siti", "Nottingem Forest", "Yuventus", "Reyncers" və "Nitsa" kimi klublarda da oynayıb. 2025-ci ildə isə “Kardiff Siti”də çıxış etməklə yanaşı, komandanın müvəqqəti baş məşqçisi funksiyasını da yerinə yetirib.
2008-2019-cu illər ərzində Uels milli futbol komandasında 86 oyuna çıxan Remzi 21 qol vurub. O, milli komanda ilə birlikdə 2016 və 2020-ci illər Avropa çempionatlarında, həmçinin 2022-ci il dünya çempionatında iştirak edib.