Bizi sosial şəbəkələrdən izləyin:
Uğursuz nəticələrə baxmayaraq, "Sumqayıt"ın baş məşqçisi Saşa İliç müqaviləsinin sonunadək komandada qalacaq.
Moderator.az xəbər verir ki, bu barədə AZƏRTAC-a "gənclik şəhəri" təmsilçisinin mətbuat katibi Zaur Xudiyev məlumat verib.
Onun sözlərinə görə, klub rəhbərliyi serbiyalı mütəxəssislə istefa barədə hər hansı görüş keçirməyib:
"Belə bir toplantı planlaşdırılmayıb. O, hazırda komanda ilə birgə məşqlərdə iştirak edir. Ən azı müqaviləsinin sonunadək - yəni bu ilin iyul ayına qədər komandada qalaraq fəaliyyətini davam etdirəcək".
Qeyd edək ki, "Sumqayıt" hazırda Premyer Liqanın turnir cədvəlində 32 xalla 7-ci pillədə qərarlaşıb.