Bizi sosial şəbəkələrdən izləyin:
AFFA İntizam Komitəsi Azərbaycan çempionatlarında mübarizə aparan üç kluba texniki məğlubiyyət verib.
Moderator.az xəbər verir ki, bu barədə Komitənin iclasında qərar qəbul olunub.
Belə ki, AFFA U-14 Qızlar Liqası çərçivəsində planlaşdırılan "Sumqayıt" - "Pirallahı" qarşılaşması qonaqların heyətində kifayət qədər futbolçunun olmaması ucbatından baş tutmayıb. Nəticədə "Pirallahı" kollektivi 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.
Analoji halla həmin liqanın digər matçında da rastlaşılıb. "Kür Samux" komandası "Mingəçevir"lə oyuna təyin olunan vaxtda gəlib çıxmadığı üçün birbaşa texniki məğlubiyyətə düçar olub.
Cəzalar yalnız yaşıl meydanlarla məhdudlaşmayıb. Futzal üzrə Azərbaycan Yüksək Liqasında keçirilməli olan "Şuşa" - U-19 görüşündə də oxşar qayda pozuntusu qeydə alınıb. Belə ki, Şuşa təmsilçisi matçın start fitinə qədər meydana çıxmadığı üçün komandaya 0:5 hesablı texniki məğlubiyyət yazılıb.