Adil Şükürov təhqirə görə CƏZALANDIRILDI
İdman
229
12:35, Bu gün

Adil Şükürov təhqirə görə CƏZALANDIRILDI

Azərbaycan I Liqasında mübarizə aparan "Səbail" klubunun baş məşqçisi Adil Şükürov dörd oyunluq diskvalifikasiya edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
 
Cəzaya səbəb kimi mütəxəssisin XX tur çərçivəsində "Baku Sportinq"lə keçirilən görüşün 65-ci dəqiqəsində ikinci sarı vərəqə ilə cəzalandırıldıqdan sonra hakimləri təhqir etməsi göstərilib. Baş məşqçinin bu qeyri-etik hərəkəti paytaxt təmsilçisinə 3000 manatlıq cərimə bahasına başa gəlib.
 
Vəziyyəti daha da gərginləşdirən isə komandanın azarkeşlərinin referilərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi olub. Fanatların bu davranışı "Səbail" büdcəsinin əlavə 1500 manat azalmasına gətirib çıxarıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər