İdman
242
18:00, Bu gün

"Barselona" danimarkalı hücumçu Rasmus Heylunnla maraqlanır

İtaliyanın "Napoli" klubunun futbolçusu Rasmus Heylunn karyerasını İspaniya təmsilçisi "Barselona"da davam etdirə bilər.

Moderator.az "Barça Universal"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi uğurlu mövsüm keçirən 23 yaşlı hücumçu ilə yaxından maraqlanır.

Klub rəhbərliyi danimarkalı forvardı bəyənir və onun komandaya xeyir verəcəyinə inanır.

Xatırladaq ki, müqavilə ilə İngiltərənin "Mançester Yunayted" klubuna məxsus olan Rasmus Heylunn cari mövsüm 37 oyunda 14 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər