İdman
179
16:50, Bu gün

"Barselona"nın keçmiş ulduzu karyerasını bərpa etdi - FOTO

Finlandiya futbol tarixinin canlı əfsanəsi, 55 yaşlı Yari Litmanen yenidən yaşıl meydanlara qayıtmaq qərarına gəlib.

Moderator.az xəbər verir ki, təcrübəli idmançı karyerasını Estoniya çempionatında davam etdirəcək. O, ölkənin "Kalev" klubunun IV divizionda mübarizə aparan üçüncü komandasının şərəfini qoruyacaq.

Əslində, Litmanenin bu komanda ilə yolları hələ 2025-ci ilin oktyabr ayında kəsişmişdi. Həmin ərəfədə komandada yaranan heyət çatışmazlığı səbəbindən o, "Kalev" forması ilə bir neçə matçda iştirak etmişdi. Ən diqqətçəkən məqam isə əfsanəvi oyunçunun yaşıl meydanda öz yeniyetmə oğulları ilə birlikdə mübarizə aparması olmuşdu.

Xatırladaq ki, zəngin karyerası ərzində Niderlandın "Ayaks", İspaniyanın "Barselona" və İngiltərənin "Liverpul" kimi Avropa nəhənglərinin formasını tərlətmiş Litmanen 1995-ci ildə Amsterdam təmsilçisinin heyətində UEFA Çempionlar Liqasının Kubokunu başı üzərinə qaldırıb. Finlandiya milli komandasının heyətində 137 dəfə meydana çıxan mərkəz oyunçusu haqlı olaraq ölkəsinin bütün dövrlər üzrə ən güclü futbolçusu kimi qəbul edilir.

Ayaks, Barselona və Liverpulun keçmiş ulduzu karyerasını bərpa etdi

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər