Bizi sosial şəbəkələrdən izləyin:
MLS-də mübarizə aparan "Kolambus Kryu" klubunun baş məşqçisi Henrik Ridström "Atlanta Yunayted" üzərində qazanılan inamlı qələbədən sonra azərbaycanlı futbolçu Nəriman Axundzadə haqqında diqqətçəkən açıqlamalar verib.
Moderator.az xəbər verir ki, gənc hücumçumuz cari mövsümdə ilk qələbə sevinci yaşayan komandasının heyətində 90-cı dəqiqədə meydana daxil olub.
Qarşılaşmanın ardınca mətbuat önünə çıxan mütəxəssis 21 yaşlı forvardın çıxışına xüsusi toxunub:
"Nəriman həqiqətən də çox istedadlı oyunçudur və biz onun burada olduqca parlaq gələcəyini görürük. Mən onu meydana daha erkən daxil etmək istəyirdim. Lakin məşqçilər korpusu dəyişiklik üçün tələsməməyi daha məqsədəuyğun hesab elədi. Nərimanın bu matçda az dəqiqə alması onun hazırlıq səviyyəsi ilə yox, bizim taktiki gedişlərlə bağlıdır".
Qeyd edək ki, Nəriman Axundzadənin komandası növbəti matçını aprelin 12-dən 13-nə keçən gecə "Orlando Siti"yə qarşı keçirəcək.