03:22
12°C
Bakı
Türkiyə Superliqasının 28-ci turunda "Fənərbağça" - "Beşiktaş" matçı baş tutub.
Moderator.az xəbər verir ki, görüş "sarı-mavilər"in minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.
Yeganə qolu 90+11-ci dəqiqədə Kerem Aktürkoğlu penalti zərbəsi ilə vurub.
Bu nəticədən sonra 63 xal toplayan "Fənərbağça" lider "Qalatasaray"dan bir xal geri qalır. "Beşiktaş" isə 52 xalla dördüncü yerdədir.
Qeyd edək ki, "Qalatasaray"ın ehtiyatda bir oyunu var.