Premyer Liqa:
İdman
294
17:54, Bu gün

Premyer Liqa: "Qəbələ" səfərdə "Kəpəz"ə qalib gəldi

Misli Premyer Liqasının 26-cı turunda "Qəbələ" "Kəpəz"ə qalib gəlib.

Moderator.az xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan matç qonaq komandanın 0:2 hesablı qələbəsi ilə başa çatıb.

Qolları İsmael Akinade (74) və Domi Massumo (89) vurublar.

Bu nəticədən sonra "Kəpəz" 21 xalla 10-cu, "Qəbələ" 19 xalla 11-ci sırada yer alıb.

Qeyd edək ki, tura aprelin 7-də yekun vurulacaq.

Bu gün futbol üzrə Misli Premyer Liqasında XXVI tura start veriləcək.

Moderator.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.

Günün ilk matçında "Kəpəz" "Qəbələ"ni sınağa çəkəcək. Yevlax şəhər stadionunda oynanılacaq qarşılaşma saat 15:30-da başlayacaq. Hazırda "Kəpəz" 21 xalla 10-cu, "Qəbələ" 16 xalla 11-cidir.

Digər oyun isə Sumqayıtda şəhərin eyniadlı təmsilçisi ilə "Neftçi" arasında reallaşacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüş saat 18:00-da start götürəcək.

Turnir cədvəlində Bakı klubu 37 xalla 6-cı, "gənclik şəhəri" təmsilçisi isə 32 xalla 7-ci sırada yer alıb.

Qeyd edək ki, turun digər matçları aprelin 6-7-də keçiriləcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər