22:22
11°C
Bakı
Seru Qirassi mövsümün sonunda "Borussiya"dan ayrılmaq istəyir.
Moderator.az Trend-ə istinadən bildirir ki, qvineyalı hücumçu karyerasını başqa klubda davam etdirməyi planlaşdırır. Bu barədə "Bild" nəşri məlumat yayıb.
Qirassinin Bundesliqa nəhəngi ilə müqaviləsində 35 milyon avroluq sərbəstqalma maddəsi yer alıb. Bu məbləği ödəyən klub 30 yaşlı forvardı heyətinə qata bilər.
Təcrübəli futbolçu ilə "Milan", "Tottenhem", "Fənərbağça" və Səudiyyə Ərəbistanı klubları maraqlanır.
Qeyd edək ki, "Borussiya" Seru Qirassini 2024-cü ilin yayında "Ştutqart"dan transfer edib. Qvineya millisinin üzvü bu mövsüm Dortmund təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 18 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.