03:41
11°C
Bakı
Türkiyə Superliqasının 28-ci turunda çempionluq uğrunda mübarizə aparan komandaların görüşü baş tutub.
Moderator.az xəbər verir ki, lider "Qalatasaray" ikinci sıradakı "Trabzonspor"un qonağı olub.
Qarşılaşma trabzonluların qələbəsi ilə başa çatıb - 2:1.
Hesabı 4-cü dəqiqədə ev sahiblərindən Onuaçu açıb. 48-ci dəqiqədə Sinqo hesabı bərabərləşdirsə də, 62-ci dəqiqədə Nvaivu "Trabzonspor"un qələbəsini rəsmiləşdirib.
Bu nəticədən sonra ehtiyatda bir oyunu olan "Qalatasaray" 27 oyundan sonra 64 xalla liderliyini davam etdirir. "Trabzonspor" 28 oyundan 63 xal yığaraq ikinci yerdə qərarlaşıb.