9-cu dəqiqədə gələn xilasedici qol: Bavariya qalib gəldi
İdman
409
04 Apr 2026 | 20:46

9-cu dəqiqədə gələn xilasedici qol: Bavariya qalib gəldi

Almaniya Futbol Çempionatının 28-ci turunda çempion "Bavariya" "Frayburq"un qonağı olub. 

Moderator.az xəbər verir ki, matç ev sahiblərinin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

"Frayburq" 81-ci dəqiqəyə qədər 2-0 hesabı ilə öndə idi, lakin qonaqlar son dəqiqələrdə üç qol vurmağı bacarıblar. Alman yarımmüdafiəçi Tom Bişoff iki qola imza atıb. "Bavariya"nın qələbə qolunu əlavə vaxtın 9-cu dəqiqəsində alman yarımmüdafiəçi Lennart Karl vurub

Turnir cədvəlinə 73 xalla "Bavariya" başçılıq edir. "Frayburq" isə 37 xalla 8-ci yerdədir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər