Neymar 2026-cı il dünya çempionatında oynayacaq?
İdman
222
18:18, Bu gün

Neymar 2026-cı il dünya çempionatında oynayacaq?

Futbol üzrə Braziliya milli komandasının baş məşqçisi Karlo Ançelotti "Santos"un hücumçusu Neymarı 2026-cı il dünya çempionatına çağırmaq niyyətində deyil.

Bu barədə "Globo"nun jurnalisti Andre Loffredo məlumat verib.

"Ançelotti Neymarı dünya çempionatına çağırmaq barəsində heç düşünmür də. Bu onun planlarına daxil deyil, belə bir istəyi yoxdur. O, Neymar ətrafındakı bu səs-küyü başa düşmür.

Onun heyətə daxil edilməsi ilə bağlı çağırışlar əsaslıdır. Bu onun əvvəlki illərdəki performansı ilə, artıq çoxdandır Neymarı görmək gözləntiləri ilə bağlıdır. Lakin Ançelotti son ayların oyununu qiymətləndirir və Neymarın bu dövrdə göstərdiyi performansı onun heyətə düşməsinə imkan verməyəcək", - deyə jurnalist bildirib.

34 yaşlı hücumçunun hesabında hazırkı Braziliya çempionatının üç oyununda üç qol və bir məhsuldar ötürmə var.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər