19:51
11°C
Bakı
PSJ-nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya “Mançester Yunayted”in maraq dairəsindədir.
“Qırmızı şeytanlar” heyətdə dəyişiklik planlaşdırır və transferlərə böyük məbləğdə investisiya qoymağa hazırdır.
Moderator.az xəbər verir ki, “MatchDay Central”ın məlumatına görə, Kvaratsxeliya ilə müqavilə imzalamaq İngiltərə nəhənginin əsas hədəflərindən biridir.
“Qırmızı şeytanlar”ın potensial müqaviləni müzakirə etmək üçün tezliklə gürcü futbolçunun nümayəndələri ilə əlaqə saxlayacağı gözlənilir.
Xviça Kvaratsxelianın bazar dəyəri “Transfermarkt” tərəfindən 90 milyon avro olaraq qiymətləndirilir. 25 yaşlı futbolçunun PSJ ilə müqaviləsi 2029-cu ilə qədərdir. Daha əvvəl “Arsenal”ın gürcü ulduzla maraqlandığı bildirilirdi.