21:26
11°C
Bakı
“Real Madrid”in baş məşqçisi Alvaro Arbeloa hələlik sol cinah müdafiəçisi mövqeyini kimə tapşıracağına qərar verməyib.
Fran Qarsiya, Alvaro Karreras və Ferland Mendi start heyətində yer almaq uğrunda mübarizə aparırlar.
Moderator.az xəbər verir ki, “Marca”nın məlumatına görə, ispaniyalı məşqçi bu üç oyunçudan hər hansı birinə mərc etməyə hazırdır, onun açıq-aşkar favoriti yoxdur.
Hər üçünün mövsümün son hissəsində start heyətində sınaqdan keçiriləcəyi gözlənilir.