İtaliya millisi dünya çempionatına vəsiqə üçün bonus tələb edib
İdman
251
16:56, Bu gün

İtaliya millisi dünya çempionatına vəsiqə üçün bonus tələb edib

Futbol üzrə İtaliya milli komandasının oyunçuları 2026-cı il dünya çempionatına vəsiqə qazanmaq üçün 300 000 avro bonus tələb ediblər.

Moderator.az xəbər verir ki, bu barədə "Football-Italia" məlumat yayıb.

Bildirilib ki, Bosniya və Herseqovina ilə oyundan əvvəl italyanlar hər oyunçu üçün 10 000 avro bonus barədə danışıqlar aparmağa çalışıblar.

Komandanın baş məşqçisi Cennaro Qattuzo oyunçuları İtaliya Futbol Federasiyası ilə danışıqları davam etdirməkdən çəkindirərək, bonus məsələsinin yalnız DÇ-yə vəsiqə qazandıqdan sonra müzakirə edilməli olduğunu bildirib.

Xatırladaq ki, əsas vaxtı 1:1 başa çatan sözügedən matçda Bosniya millisi penaltilər seriyasında 4:1 hesabı ilə qalib gəlib. Bununla da İtaliya milli komandası ardıcıl üçüncü dəfə dünya çempionatında iştirakdan məhrum olub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər